Rusiya Donetskin kəndini atəşə tutub, ölən və yaralananlar var

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Konstyatınopolske kəndini atəşə tutması nəticəsində bir nəfər ölüb və doqquz nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə regionun dövlət administrasiyasının başçısı Vadım Filaşkin teleqramda deyib.

“Rusiyalılar Konstyatınopolskeni “Uraqan”dan atəşə tutublar – 13 mərmi kəndin ərazisinə düşüb”, – Filaşkin nəql edib.

Onun sözlərinə görə, kəndin atəşə tutulması bir nəfərin ölümü və dördü yeniyetmə olmaqla doqquz nəfərin yaralanması ilə sonuclanıb. Eyni zamanda, bir neçə evə zərər dəydiyi vurğulanıb.

Hazırda əraziyə baxış keçirilir, açılmış atəşin dəqiq fəsadları müəyyənləşdirilir.

Xatırladaq ki, Ukraynanın Donetsk vilayətinin böyük qismi 2014-cü ildən rusiyayönümlü separatçıların, 2022-ci ilin fevralından isə rəsmi şəkildə Rusiya Silahlı Qüvvələrinin nəzarəti altındadır. 2022-ci ilin fevralında genişmiqyaslı hərbi müdaxiləyə baxmayaraq, Moskva regionu tam işğal edə bilməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar