Menu

"Kanada və müttəfiqləri Ukraynanı daha çox silahla təmin etmək üzərində çalışırlar" - Trüdo

23.02.2024, 00:10
"Kanada və müttəfiqləri Ukraynanı daha çox silahla təmin etmək üzərində çalışırlar"  - Trüdo

Kanada və müttəfiqləri Ukraynaya hərbi avadanlığın tədarükünü mümkün qədər artırmaq üçün birlikdə çalışırlar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trüdo Yeni Şotlandiya əyalətinə səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib.

“Biz mümkün qədər daha çox hərbi avadanlıq göndərdiyimizə əmin olmaq və Ukraynaya göndərmək üçün qlobal bazarlardan daha çox almağa davam etmək üçün bütün dünya üzrə tərəfdaşlarla işləyirik”, – Baş nazir bildirib.

O, Kanadanın Ukraynaya hansı silah növlərini və nə vaxt keçə biləcəyini dəqiqləşdirməyib.

Trüdo xatırladıb ki, Rusiya – Ukrayna müharibəsi dövründə Ottava Kiyevə 9 milyard Kanada dollarından (6,6 milyard ABŞ dolları) çox müxtəlif yardım ayırıb, o cümlədən təxminən 2,5 milyard Kanada dolları (1,85 milyard dollar) dəyərində silah tədarük edib

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol