Rusiya-Ukrayna müharibəsinin başlamasından iki il ötür

Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından iki il keçir. Ötən il başlayan müharibə 2014-cü ildən davam edən Rusiya-Ukrayna münaqişəsinin aktiv fazasıdır.

Bildirək ki, Rusiya Prezidenti 2022-ci ilin 22 fevralında Donetsk və Luqanskın müstəqilliyini tanıdığını bəyan edib.

Bundan sonra, 24 fevralda Rusiya Ukraynaya hərbi müdaxilə etməyə başlayıb. Rusiya Prezidenti bunu “xüsusi hərbi əməliyyat” adı altında rəsmiləşdirib.

Rusiya Belarus ərazisindən də istifadə etməklə Kiyevə hücuma başlayıb, lakin bir müddətdən sonra hərbi uğursuzluqlara düçar olub.

Rusiya Kiyev, Sum, Çerniqovu işğal etsə də, orada möhkəmlənə bilməyib və qoşunlarını bu regionlardan geri çəkib.

Rusiyanın bu taktiki məğlubiyyətləri sonrakı etaplarda da davam edib. Lakin Rusiya Ukraynanın dörd vilayətini - Donetsk, Luqansk, Xerson və Zaporejye vilayətlərini özünə birləşdirdiyini elan edib.

Bununla belə ilhaq edilən ərazilərin dəqiq bir xəritəsi yoxdur və həmin ərazilərdə müharibə davam etməkdədir.

Qeyd edək ki, Ukraynada müharibə başlayandan bəri Baku TV və “Report” informasiya agentliyi münaqişə zonasından xüsusi reportajlar hazırlayır, hadisə yerindən ən operativ və doğru xəbərləri oxucularına çatdırırlar. (oxu.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar