"Heç bir beynəlxalq təşkilat Xocalı soyqırımına qarşı səsini çıxarmadı" - Ərdoğan

Qarabağ illərlə işğal altında qaldı, Xocalı kimi qətliamlar törədildi, amma heç bir beynəlxalq qurum səsini çıxarmadı.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryada təşkil oluna mitinqdə çıxışı zamanı deyib.

O bildirib ki, beynəlxalq təşkilatlar Suriyadakı, Qəzzadakı hadisələrə də səssiz qalırlar: “BMT Təhlükəsizlik Şurası baş verənlərlə bağlı səsini çıxarmır. Bu, onu deməyə əsas verir ki, BMT Təhlükəsizlik Şurası artıq işlək qurum deyil”.

R.T.Ərdoğan söyləyib ki, beynəlxalq təşkilatlar Türkiyə həqiqətlərinə də səssiz yanaşırlar: "Ona görə də deyirik ki, bizi heç bir beynəlxalq təşkilat müdafiə edə bilməz. Özümüz özümüzü qorumalıyıq. Bir vaxtlar bizə silah satmayanlar indi bizdən silah istəyirlər".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar