"Sərdar Cəlaloğlu hansı siyasətə qulluq edir, onu da bilmirəm...onun cavabını verəcəm"
“Primadonna onun özüdür, varlığıdır. Mən Azərbaycan mədəniyyətinin kraliçasıyam. Məni o tanımasa da xalq tanıyır, sevir. Ümumiyyətlə isə Sərdar Cəlaloğlu hansı siyasətə qulluq edir, onu da bilmirəm. O cür adamları tanımıram, tanımaq da istəmirəm. Qoy gedib, öz işləri ilə məşğul olsun”.
Bu sözləri primadonna “Yeni Müsavat”ın əməkdaşına açıqlamasında bildirib.
İlhamə Quliyeva S.Cəlaloğluna zamanında cavab verəcəyini də deyib: “Mən hazırda xarici ölkədəyəm. Lakin lazım gələrsə, onun bu barədə cavabını verəcəm”.


Şərhlər