Menu

Cəlilabadda qanunsuz zəbt edilmiş torpaq sahəsi ümumi istifadəyə verilib - FOTO

25.02.2024, 17:33
Cəlilabadda qanunsuz zəbt edilmiş torpaq sahəsi ümumi istifadəyə verilib - FOTO

Cəlilabad rayonunda qanunsuz zəbt edilmiş torpaq sahəsi ümumi istifadəyə verilib.

"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Soyuqbulaq kəndi ərazisində yerləşən bələdiyyəyə məxsus bulaq ərazisi vətəndaş M.S. tərəfindən zəbt olunub. Nəticədə həmin ərazidə qanunsuz balıq gölü yaranıb və sakinlərin həmin ərazidən istifadəsi məhdudlaşıb.

Kənd sakinlərinin müraciəti əsasında müvafiq dövlət orqanlarının iştirakı ilə texnika vasitəsilə torpaq sahəsi və su axarı zəbtdən azad olunaraq, örüş ərazisi kimi ümumi istifadəyə verilib.

Şərhlər

ƏNHU 2024-02-26 02:04:20

Bu özlüyündə ədalətli bir işdir. Torpaq qəsbkardan alınıb camaata verilib.Biz ədalətə alışmamışıq. Ona görə də mənə təəccüblü və gülməli gəlir.Kim cürət edib köhnə qanunu pozub?

Ceyhun 2024-02-25 20:55:55

Yarlmçıq məlimat! Bəs qanunsuz torpaqları zəbt edənə qanun pozduğuna görə hansı tədbit görülüb?bu daha maraqlıdır.Görəsən ölkədə qanun pozanlar necə cəzalanır?Yoxsa kimlərəsə qanun aid edilmir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol