Menu

“Rusiya Ukraynanı işğal etməsəydi, HƏMAS İsrailə hücum etməzdi” - Meloni

26.02.2024, 11:54
“Rusiya Ukraynanı işğal etməsəydi, HƏMAS İsrailə hücum etməzdi” - Meloni

“Rusiya Ukraynanı işğal etməsəydi, HƏMAS İsrailə hücum etməzdi”.

“AzPolitika.info” xəbər verir ki, bunu ötən gen Rusiyanın Ukraynaya təcavüzünün ildönümü ilə bağlı Kiyevə gedən İtaliyanın Baş naziri Corcia Meloni deyib.

Meloni qeyd edib ki, Rusiyanın Ukraynanı işğalı Putinin uzun illər müxtəlif cəbhələrdə təzahür edən neoimperialist baxışının təbii və proqnozlaşdırıla bilən nəticəsidir.

“Düşünürəm ki, Rusiya Ukraynanı işğal etməsəydi, HƏMAS yəqin ki, İsrailə belə bir hücuma keçməzdi. Qanuna əsaslanan beynəlxalq sistemin, üstəlik, BMT Təhlükəsizlik Şurasının daimi üzvü tərəfindən bu cür ciddi şəkildə pozulmasının Yaxın Şərqdən Balkanlara və Afrikaya qədər dünyanın digər regionlarında və coğrafiyalarında silsilə nəticələrinin olacağı qaçılmaz idi. Əgər Ukraynada beynəlxalq hüquq bərpa olunmasa, münaqişələr getdikcə daha çox alovlanmağa davam edəcək”,-deyə o bildirib.

“AzPolitika.info”

Şərhlər

Bəhrami 2024-02-26 12:53:30

İtaliya baş nazirindən İsraelə və BMT TŞna ədalət parallelləri! Xanım C.Meloni başda BMT TŞ və bütün dövlətlərin liderlərindən hər hansı təcavüzkar dövlətlə əməkdaşlığı pozmalarını milyonlarla vətəndaş adından rica edirəm. Ermənistan mütəmadi Hərbi Genosid dəstəyi Azərbaycanı 33 il işğalda saxlayıb? Sülhsevər dövlətlər işğalçı ilə əlaqni kəssəydilər, Ermənistan ən geci bir ilə Cinayəti etiraf edərdi?!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol