Menu

Üç övladını Xocalıda öz əlləri ilə basdıran Sədaqət Hüseynova onların məzarları başında - VİDEO

26.02.2024, 16:52
Üç övladını Xocalıda öz əlləri ilə basdıran Sədaqət Hüseynova onların məzarları başında - VİDEO

Qan yaddaşımız olan Xocalı soyqırımının törədilməsindən 32 il keçir. Xocalı qətliamının dəhşətlərini yaşayanlardan biri də keçmiş məcburi köçkün Sədaqət Hüseynovadır.

S.Hüseynovanın iki oğlu, qızı, bacısı və onun övladları Xocalı qurbanı olub.

İTV-nin əməkdaşı S.Hüseynova ilə birlikdə Xocalıda olub. S.Hüseynova uşaqlarını dəfn elədiyi yerdə gəzib: “Həmin vaxt ayaqlarım donmuşdu, isti suya qoyan kimi barmaqlarımın dərisi suya töküldü. Bizi xəstəxanaya aparanda ağlayırdım ki, mən getməyim. Balalarımı burada qoyub gedə bilmərəm. Mənə iynə vurdular, ayılanda gördüm ki, xəstəxanadayam”.

Şərhlər

ƏNHU 2024-02-27 00:29:35

Bütün bunlardan sonra da deyirlər ki, erməniylə barışın. Heç görəsən dünyada üç övladını əli ilə basdıran ikinci bir ana varmı? Bu qadına elə Xocalının qapısı önündə heykəl qoyulmalıdır.Erməni kimliyini bu qadının heykəlindən artıq kim bəyan edə bilər ki?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol