Menu

"Gələn il Ağdama da ilk köç başlanacaq" - Prezident İlham Əliyev

26.02.2024, 17:51
"Gələn il Ağdama da ilk köç başlanacaq" - Prezident İlham Əliyev

"Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Bu il o yaşayış məntəqələrinin sayı 20-yə çatacaq”.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Bu il həm Xocalıda, həm də Xankəndidə həyatın bərpa olunacağını qeyd edən dövlətimizin başçısı deyib: “Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək. Ağdam şəhəri bərpa olunur və gələn il Ağdama da ilk köç başlanacaq. Yəni quruculuq işləri geniş vüsət alır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol