Makron Ukrayna üçün yeni koalisiyanın yaradıldığını elan edib – “Qarşıdakı 10 gün ərzində...”

Fransa Prezidenti Emmanuel Makron Ukraynanı “orta və uzaq mənzilli raketlər və bombalar”la təmin etmək üçün “koalisiya” yaradıldığını açıqlayıb.

“Le Monde” yazır ki, Fransa Prezidentinin sözlərinə görə, “dərin zərbələr və buna görə də orta və uzun mənzilli raketlər və bombalar üçün koalisiya yaratmaq” qərara alınıb. Makron Avropa ölkələrini Ukrayna üçün “daha çox sursat istehsal etməyə” çağırıb. "Qarşıdakı on gün ərzində biz bütün bu səyləri göstərəcəyik. Biz sursata malik olan bir çox Avropa və qeyri-Avropa ölkələri ilə əlaqə saxlamışıq", - o deyib.

Makron izah edib ki, Avropa çox qısa müddətdə Ukraynanı yalnız onun anbarlarında olan sursatla təmin edə biləcək. “Aydındır ki, bizdə vəd edilmiş milyon sursat yoxdur”, o etiraf edib. "Bu gün irəli sürdüyümüz təşəbbüslər müzakirə olunacaq və 10 gündən sonra ciddi gündəmlə aydın cavab alacaqsınız", - deyə Fransa Prezidenti əlavə edib və bu təşəbbüsün bütün təfərrüatlarının ictimaiyyətə açıqlana bilməyəcəyini qeyd edib.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar