Menu

"Rus sərhədçiləri Zvartnots aeroportunda xidmətini dayandırmalıdır" - Erməni spiker

27.02.2024, 13:29
"Rus sərhədçiləri Zvartnots aeroportunda xidmətini dayandırmalıdır" - Erməni spiker

Ermənistan parlamentinin spikeri Alen Simonyan hesab edir ki, Rusiya sərhədçiləri Zvartnots hava limanında xidmətini dayandırmalıdır.

APA Ermənistan KİV-ə istinadən xəbər verir ki, jurnalistin bu məsələnin müzakirə olunub-olunmaması ilə bağlı sualına Ermənistan parlamentinin spikeri belə bir müzakirədə iştirak etmədiyini, lakin “Rusiya sərhədçilərinin oradan getməli olduqlarına” inandığını bildirib.

Simonyan rusiyalı sərhədçilərə güvənmədiyini deyib: “Çünki biz ölkəmizin sərhədlərini qoruyacağıq, lakin onların qoruyacağına əmin deyiləm”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol