Menu

Kremldən Makrona cavab gecikmədi – “Münaqişə qaçılmaz olacaq”

27.02.2024, 15:06
Kremldən Makrona cavab gecikmədi – “Münaqişə qaçılmaz olacaq”

Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Dmitri Peskov Fransa Prezidenti Emmanuel Makronun son bəyanatlarını şərh edib.

“AzPolitika” xəbər verir ki, Kreml rəsmisi deyib: "Əgər NATO-ya üzv ölkələrin qoşunları Ukraynaya daxil olarsa, o zaman münaqişənin mümkünlüyündən deyil, onun qaçılmazlığından danışmaq olar"

“NATO üzvü ölkələr vəziyyəti real şəkildə qiymətləndirməli, bu addımların onların, vətəndaşlarının maraqlarına uyğun olub-olmadığını anlamağa çalışmalıdırlar”, - Peskov bildirib.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron dünən Avropa İttifaqı qoşunlarının Ukraynaya yerləşdirilməsini istisna etməyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol