Bu mövsüm avrokuboklarda ən çox mükafat qazanan klublar bəlli olub.
"AzPolitika.info" xəbər verir ki, “Qarabağ” bu göstərici üzrə ilk 50 komanda arasında yer alıb.
Çempionlar Liqasında mübarizəyə başlayan Ağdam klubu Avropa Liqasında 1/8 finala vəsiqə qazanaraq, ümumilikdə 10 milyon 482 min avro gəlir əldə edib. Beləliklə, təmsilçimiz 47-ci pillədə qərarlaşıb.
“Qarabağ”ın 1/8 finaldakı rəqibi “Bayer Leverkuzen” klubu 13 milyon 790 min avro mükafat qazanaraq 34-cü olub.
Qeyd edək ki, cari mövsüm avrokuboklarda ən çox gəlir əldə edən komanda “Real Madrid”dir. İspaniya klubu 79 milyon 892 min 421 avro qazanıb.
"AzPolitika.info"


Şərhlər