Menu

Kanalda batması ehtimal olunan 11 yaşlı uşağın axtarışları davam edir - FOTOLAR

27.02.2024, 19:17
Kanalda batması ehtimal olunan 11 yaşlı uşağın axtarışları davam edir - FOTOLAR

Dekabrın 26-da İmişli rayonunun Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları davam etdirilir.

APA-nın cənub bürosu xəbər verir ki, hazırda axtarışlar Cənub Muğan kanalında, Biləsuvar rayonu ərazisində aparılır.

Cənub Muğan kanalı qurudulub, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları - dalğıc-axtarış qrupu hazırda Araz çayından ayrılan qolun, həmin istiqamətdə körpünün altında sularda axtarış tədbirləri aparırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol