Menu

Yasamalda çoxmərtəbəli yaşayış binasında yanğın olub

27.02.2024, 21:37
Yasamalda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində ümumi sahəsi 70 kvadratmetr olan ikiotaqlı mənzilin eyvanında üç kvadratmetr sahədə ev əşyaları və bir ədəd plastik qapı yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol