Menu

Peruda BMT iqlim konfransı başlanır

02.12.2014, 13:06
Peruda BMT iqlim konfransı başlanır

 

Peruda BMT-nin böyük iqlim konfransı açılıb. İştirakçılar qlobal istiləşməyə dair yeni razılaşma əldə etməyə çalışırlar.

Dekabrın 1-də tədbiri açan BMT-nin iqlim məsələləri üzrə rəhbəri Christiana Figueres deyib ki, 2014-cü il tarixdə ən isti il olub, havaya tullantılar artmaqdadır və “təcili hərəkətə keçməliyik”.

195 ölkənin təmsilçisi 2015-ci ilin sonunda Parisdə yeni iqlim paktını imzalayacaq. Məqsəd qlobal istiləşmənin əsas səbəbi sayılan istixana qazlarını azaltmaq, qlobal temperaturda artımı 2 dərəcə Selsiyə salmaqdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol