“Əslində, KTMT-yə üzvlüyümüz dondurulub, tədbirlərdə iştirak etmirik, çünki təşkilatla bağlı bir sıra suallarımız var, onlara haqlı cavab almırıq, bir çox hallarda isə ümumiyyətlə cavab almırıq”.
“AzPolitika” xəbər verir ki, bunu yerli mətbuata açıqlamasında hakim “Mülki Müqavilə” partiyasından deputat Vaaqn Aleksanyan deyib.
“Çox tez-tez KTMT-yə üzv dövlətlərdən belə bəyanatlar verilir ki, ümumiyyətlə, Ermənistanın müttəfiqi olmayan, hətta hərbi-siyasi rəqibləri olan dövlətlər tərəfindən səsləndirilsəydi, daha məntiqli olardı. Bütün bunlar bizim qarşımızda çoxlu suallar yaradır, lakin eyni zamanda biz anlayırıq ki, zərurət olmadan vəziyyəti gərginləşdirməyə və əlavə gərginliyi artırmağa ehtiyac yoxdur”, - Aleksanyan qeyd edib.
“AzPolitika.info”


Şərhlər