Menu

“Tənqidim nəticə verdi, Paşinyan Yunanıstana papaqsız gəldi” - Korotçenko

28.02.2024, 17:25
“Tənqidim nəticə verdi, Paşinyan Yunanıstana papaqsız gəldi” - Korotçenko

Rusiyalı politoloq Aleksandr Korotçenko şəxsi “Facebook” hesabından Ermənistan Baş naziri Nikol Paşinyanla bağlı paylaşım edib.

“AzPolitika” xəbər verir ki, Korotçenko Paşinyanın geyim tərzi ilə bağlı tənqidi çıxışını xatırladıb. O, bu tənqidinin işə yaradığını bildirib.

“Yadınızdadırsa, mən Paşinyanı İcevanın kolxoz bazarındakı ərik satıcısı kimi geyindiyi üçün tənqid etmişdim. Tənqidim nəticə verdi. Nikol Vovaeviç Yunanıstana papaqsız gəldi. Anna Akopyan isə iş kostyumu geyindi - bədnam əbədi cins şalvar əvəzinə. Budur, kəlimənin gücü!”,-deyə o qeyd edib.

Qeyd edək ki, Nikol Paşinyan ötən gün həyat yoldaşı Anna Akopyanla birlikdə Yunanıstana işgüzar səfərə yollanıb.

“AzPolitika.info”



Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol