Menu

Nazir məktəbli qızlar arasında baş verən bullinqə münasibət bildirib

29.02.2024, 15:36
Nazir məktəbli qızlar arasında baş verən bullinqə münasibət bildirib

Elm və təhsil naziri Emin Əmrullayev məktəbli qızlar arasında baş verən bullinqə münasibət bildirib.

APA xəbər verir ki, nazir bildirib ki, bu hadisə hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır:

"Lakin bu mövzuda da biz müəllimlərimizə qarşı əsassız fikirləri qəbul etmirik. Bu hadisə də daxil olmaqla məktəbli ilə bağlı istənilən hala görə 150 min müəllimi günahlandıra bilmərik. Çünki yeniyetmələr arasında belə hallar baş verir".

O əlavə edib ki müəllimləri bu cür alçaldıcı yanaşma qəbuledilməzdir.

Nazir 6 nömrəli məktəbdə baş verən hadisəyə də münasibət bildirib:

"6 nömrəli məktəbdə də 8 yaşlı, ikinci sinifdə oxuyan uşağın valideyni iddia edib ki, 13 yaşlı uşaq onun övladını qarşı hansısa cinsi zəmində qısnmaya məruz qoyub. Dərhal burada hansısa cinayət halı və ya hüquq pozuntusu ola bilər deyə polis orqanlarına müraciət edilir. Polis orqanları aidiyyəti araşdırmanı aparıb, ekspertiza da aparılıb, nəticə etibarıilə bu hadisənin baş verib-verməməsi ilə bağlı hansısa sübut əldə olunmayıb".

Şərhlər

Etibar 2024-02-29 16:42:45

Belə dindən bundan artır nə gözləyirsiniz. Bu ya Vosmoyun bazarındakı göyərti satan Gülbadam xala. Eyni gələrlər...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol