Menu

Simonyan Ermənistanın KTMT-ni tərk edəcəyini istisna etməyib

29.02.2024, 16:25
Simonyan Ermənistanın KTMT-ni tərk edəcəyini istisna etməyib

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etməsinin mümkünlüyünü heç kim istisna etmir və cəmiyyətimizdə də bu barədə müzakirələr aparılır.

APA xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib.

Simonyanın sözlərinə görə, erməni cəmiyyəti hər zaman bu tələbi irəli sürür və hətta jurnalistlər də daim bu barədə sual verirlər.

Erməni spiker ölkənin KTMT-dən çıxmasının Rusiya ilə əlavə problemlər yarada biləcəyi ilə bağlı suala cavab verərək deyib:

“Düzünü desəm, bilmirəm Rusiya hansı problemlər yarada bilər? Bizə hücum edəcək, sanksiyalar tətbiq edəcək və ya daha nə? Bizim müdafiəyə ehtiyacımız var idi, lakin son dövrlərdə baş verənlərdən sonra müttəfiqimizin bizə yardım etmədiyi məlum oldu”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol