Menu

"Gedişhaqqının artırılması müzakirə edilmir" - Bakı metrosu

29.02.2024, 16:56
"Gedişhaqqının artırılması müzakirə edilmir" - Bakı metrosu

Bakı metrosunda gedişhaqqının artırılması barədə müzakirələr aparılmır.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin rəis müavini Hidayət Məmmədov bildirib.

O, eyni zamanda bu il Bakıya yeni metro vaqonlarının gətiriləcəyini deyib: "Yeni vaqonların alınması üçün müqavilələr imzalanıb. Onların gətirilməsi üçün işlər görülür. Hədəfimiz 65 yeni vaqonun Bakıya gətirilməsidir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol