Menu

Nazir: “Lavaşın hər hansı bir millətə aid olmasından söhbət gedə bilməz”

02.12.2014, 13:51
Nazir: “Lavaşın hər hansı bir millətə aid olmasından söhbət gedə bilməz”

“Lavaş bütün regiona məxsusdur”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, lavaş bütün regiona məxsusdur: “Reallıq odur ki, bu gün Ermənistanda lavaş bişirilir. Amma lavaş həm də Azərbaycanda və Türkiyədə bişirilir. Lavaşın hər hansı bir millətə aid olmasından söhbət gedə bilməz.

UNESCO-ya Ermənistan tərəfindən təqdim edilən müraciətdə lavaş erməni çörəyi kimi qələmə verilib. Lakin bu məsələ ilə bağlı həqiqət öz yerini tapıb. UNESCO-nun verdiyi qərara əsasən lavaş bütün regionda hazırlanır və ermənilərin eksklüziv çörəyi deyil”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol