Menu

Aleksey Navalnı dəfn olunub - Vida mərasimində izdiham yaşanıb (VİDEO)

01.03.2024, 16:19
Aleksey Navalnı dəfn olunub - Vida mərasimində izdiham yaşanıb (VİDEO)

Rusiya müxalifətinin həbsxanada ölən lideri Aleksey Navalnı martın 1-də  Moskvada dəfn edilib.

“AzPolitika.info” Rusiya teleqram kanallarına istinadla xəbər verir ki, Navalnının dəfn mərasimi Moskva vaxtı ilə saat 14.00-dan sonra Maryino rayonundakı kilsədə başlayıb. Sonra dəfn mərasimi məbədin yaxınlığında, Moskva çayının o biri sahilində yerləşən Borisov qəbiristanlığında keçirilib.

 Navalnının dəfn mərasiminə üç saat qalmış kilsədə izdiham yaranıb. Mərasim iştirakçıları “Aleksey, Aleksey”, “Navalnı!, Navalnı”, “Sən qorxmadın, biz də qorxmuruq” şüarlarını səsləndiriblər.

Aleksey Navalnı ilə vida mərasimində ABŞ-nin Rusiyadakı səfiri Linn Treysi, Almaniyanın səfiri Aleksandr Qraf Lambsdorf, Fransanın səfiri Pyer Levi və Avropa İttifaqına üzv başqa ölkələrin diplomatik nümayəndələri görünüb.

Kreml sözçüsü Dmitri Peskov bildirib ki, Kremlin dəfn günü Aleksey Navalnının qohumlarına deyəcək sözü yoxdur. O, həmçinin qeyd edib ki, Kreml Aleksey Navalnıya siyasi fiqur kimi qiymət verə bilməz.

Peskov həmçinin xəbərdarlıq edib ki, Navalnının dəfni günü icazəsiz aksiya keçirməyə cəhd edənlər qanun qarşısında cavab verəcəklər.

Qeyd edək ki, rusiyalı siyasətçi Aleksey Navalnı fevralın 16-da Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında vəfat edib.

"AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol