Menu

“Türkiyənin regiondakı liderlik potensialını nəzərə alırıq” – Aİ-nin xüsusi nümayəndəsi

01.03.2024, 17:22
“Türkiyənin regiondakı liderlik potensialını nəzərə alırıq” – Aİ-nin xüsusi nümayəndəsi

“Avropa İttifaqı Cənubi Qafqazda davamlı sülhün əldə edilməsinə sadiqdir”.

“AzPolitika” xəbər verir ki, bu sözləri Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Antalyada illik beynəlxalq diplomatik toplantı çərçivəsində keçirilən “Cənubi Qafqazda sülh, inkişaf və münasibətlər” mövzusunda dinləmələrdə deyib.

“Sülhə nail olmaq Azərbaycanın, Ermənistanın və bütün regionun maraqlarına uyğundur və biz buna nail olmaq üçün bütün səylərimizi göstərəcəyik”, - Klaar bildirib.

Avropa İttifaqının xüsusi nümayəndəsi qeyd edib ki, tərəqqiyə nail olmaq üçün əsas məsuliyyət iki ölkənin və onların rəhbərliyinin üzərinə düşür, tərəqqi onların istək və iradəsindən asılıdır.

“Uzun illərdir bu məsələ ilə məşğul olduğum üçün deyə bilərəm ki, buna nail olmaq olar. Ümid edirəm ki, bu il biz bunu təmin edə biləcəyik, Ermənistan və Azərbaycan isə sülh bağlaya biləcək”, - Klaar bildirib.

Onun sözlərinə görə, Türkiyə Cənubi Qafqazda sabitləşmə prosesinə çox güclü təkan verə bilər: “Vurğulamaq istəyirəm ki, Aİ, Avropa ölkələri və xüsusən də son vaxtlar Almaniya Cənubi Qafqazda münasibətlərin normallaşmasına dəstək verməyə hazır olsalar da, biz Türkiyənin və onun regiondakı liderlik potensialını da nəzərə alırıq. Türkiyə Gürcüstan və Ermənistanla birbaşa qonşudur, həmçinin Azərbaycanla xüsusi əlaqələrə və regionda sülhün əldə olunmasına kömək etmək üçün unikal imkana malikdir”.

"Ankara Cənubi Qafqazda sabitləşməyə çox güclü təkan verə və regionda aparıcı güc rolunu gücləndirə bilər", - Toivo Klaar bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol