Menu

"Fransa xalqı Ukrayna uğrunda ölməyəcək” – Nazir Makronun səhvini düzəltməyə çalışıb

01.03.2024, 18:15
"Fransa xalqı Ukrayna uğrunda ölməyəcək” – Nazir Makronun səhvini düzəltməyə çalışıb

Fransanın Xarici İşlər naziri Stefan Sejourne bildirib ki, Fransa Ukraynaya qoşun yeritməyəcək.

"Fransa xalqı Ukrayna uğrunda ölməyəcək, biz hərbi əməliyyatlar aparmaq üçün qoşun göndərməyəcəyik, çünki Rusiyaya müharibəsiz qalib gəlməsi üçün çərçivələr yaradılıb" – deyə, nazir “France Inter” radiosunun efirində əmin edib.

O, Fransa prezidenti Emmanuel Makronun Ukraynaya hərbçilərin göndərilməsi ehtimalının istisna oluna bilməyəcəyi barədə bəyanatını belə şərh edib.

Sejourne vurğulayıb ki, Fransanın bütün səyləri fransızların narahatlığını artırmağa deyil, müharibədən qaçmağa yönəlib.

Fevralın 26-da Parisin təşkil etdiyi beynəlxalq konfransdan sonra Makron bildirib ki, “hazırda Ukraynaya qoşun göndərilməsi ilə bağlı konsensus yoxdur, lakin gələcəkdə heç nə istisna edilməməlidir”.

Makronun açıqlaması Fransada və beynəlxalq aləmdə mənfi reaksiya və çaşqınlıq yaradıb. Vaşinqton qeyd edib ki, belə bir plan müzakirə olunmur. Eyni açıqlama Brüsseldən də verilib.

NATO-nun Baş katibi Yens Stoltenberq bildirib ki, alyans Ukraynaya döyüş hissələri göndərməyi planlaşdırmır. Birləşmiş Millətlər Təşkilatı dünya siyasətçilərini Ukrayna ətrafında vəziyyəti pisləşdirə biləcək bu cür ritorikadan çəkinməyə çağırıb.

Fransa Silahlı Qüvvələr naziri Sebastien Lecornu qeyd edib ki, Makronun çıxışı hərbi əməliyyatların genişlənməsini və Fransanın onlarda iştirakını nəzərdə tutmur.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol