Menu

“Kaan” hərbi təyyarəsinin bir parçası Azərbaycanda istehsal olunur” - Baş direktor

01.03.2024, 21:12
“Kaan” hərbi təyyarəsinin bir parçası Azərbaycanda istehsal olunur” - Baş direktor

“Artıq Azərbaycan öz müdafiə sənayesini qurub, gələcəkdə daha da güclənəcəyinə inanıram. İstehsalatda bacarıqlı insanlarınız var. “Kaan” beşinci nəsil hərbi təyyarəmizin bir parçasını da Azərbaycan istehsal edir. Yəni “Kaan”da Azərbaycandan bir parça var”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Aviasiya və Kosmos Sənayesi şirkətinin (TÜSAŞ) Baş direktoru Temel Kotil deyib.

“TÜSAŞ olaraq Azərbaycanla çox sıx əlaqələrimiz var. Aramızda ortaq anlaşmalar da imzalanıb. İşlərimizi çox sıx münasibətlərlə davam etdirəcəyik. Azərbaycandakı müəssisələri də gedib gördük. Azərbaycan gənclərinin bizimlə işləməsini çox istəyirik”, - deyə Baş direktor bildirib.

Qeyd edək ki, ötən ay Türkiyənin yerli istehsalı olan beşinci nəsil “Kaan” hərbi təyyarəsinin ilk uçuşu müvəffəqiyyətlə həyata keçirib. Təyyarənin 2028-ci ildən kütləvi istehsalına başlanılması nəzərdə tutulur.

Şərhlər

Məmməd 2024-03-01 23:46:05

Bizdə istehsal olunan bir detalın keyfiyyətsizliyi belə bir qururverici bir layihəyə nə qədər zərbə vuran biləcəyini düşünmək belə qorxuludur. Allah dövlətimizi və xalqımızı bu cür xəyanətlərdən qorusun. Amin!

Kőhne 2024-03-01 23:15:56

BAX HEMIN O HISSEDEN EHTIYAT EDIN.......

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol