Menu

Yəmən yaxınlığında güclü zəlzələ olub

02.03.2024, 00:14
Yəmən yaxınlığında güclü zəlzələ olub

Yəmən yaxınlığında 5,9 maqnitudalı zəlzələ olub. “Report” xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidmətinin verilənlərindən məlum olub.

Verilənlərə əsasən, saat 20:29-da (Bakı vaxtı ilə 21:29-da) Ərəbistan dənizində, ölkənin Sokotra adasından 360 km cənub-şərqdə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 10,2 km dərinlikdə yerləşib.

Quruda dağıntı və tələfatın olması barədə məlumat yayılmayıb. Regionda sunami təhlükəsi elan olunmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol