"Mənim mənbələrim Alekseyin ölümündən sonra eyham vurdular ki, bu, sonuncu hadisə deyil. Mən proqnoz vermək istəmirəm, amma həqiqətən də qorxuram ki, Putinin motivi bu qətllə Qərbə onun artıq “qırmızı xətlərinin” qalmadığını sübut etmək olub”.
“AzPolitika” xəbər verir ki, bunu məşhur araşdırmaçı-jurnalist, “Bellingcat” layihəsinin müəllifi və Aleksey Navalnının birinci dəfə zəhərlənməsi hadisəsini araşdırmış Xristo Qrozev deyib.
Qrozev hesab edir ki, Navalnının qəfil ölümü onun növbəti dəfə “Noviçok”-la zəhərlənməsi nəticəsində baş verib və Putin bununla da 4 il əvvəl yarımçıq qalmış işi başa çatdırıb: “Əminəm ki, bu, “Noviçok”dur. Çünki 2020-ci ildə “Noviçok”la nə etməyə çalışmışdılarsa, çox güman ki, bunu eyni şəkildə bitirməyə çalışıblar. Əks halda bu qədər illər və pullar qoyulmuş “Noviçok”la bağlı olan daha bir cinayət yarımçıq qalmış olardı. Bu işi isə yarımçıq qoymaq olmazdı”.
Qrozev deyib ki, siyasi məhbusların və müxalifətçilərin qətli bundan sonra da davam etdiriləcək.
“AzPolitika.info”


Şərhlər
Kim nə deyir desin bu Navalnının ölməsi və ya öldürülməsi vallahi ki, bütün postsovet ölkələrin xeyrinədir. İndi Putinit oğlunu tanıyırdıq, zəif yerlərini öyrənmişdilər. Uzaq başı it aparan olsun ağzına nəsə atıb təhlükədən yayınırlar. Artıq Putin sındırılıb və bu da işə yarayır. Amma və lakin bu Navalnı gəlsəydi hər cür müsibət yeni vüsətlə gələcəkdi. Odur ki, yaşasın Putin köpəyoğlu.