Menu

Səid Nuri Azərbaycan vətəndaşlığından çıxarılıb

02.12.2014, 18:12
Səid Nuri Azərbaycan vətəndaşlığından çıxarılıb

Azərbaycanlı mühacir Səid Nuri Azərbaycan vətəndaşlığından çıxarılıb. Noyabrın 13-də prezident İlham Əliyev bununla bağlı sərəncam verib.

Bu haqda Səid Nuri öz facebook hesabında məlumat yayıb.

Sentyabrda Səid Nuri Azərbaycana bir həftəlik səfər etmişdi. Lakin ölkədən getmək istədikdə onun Azərbaycandan çıxmasına icazə verilməmişdi. O, Baş Prokurorluqda QHT-lərə açılan cinayət işi ilə bağlı şahid qismində ifadə vermişdi.

Səid Nuri ölkədən çıxışına icazə vermədiyinə görə Dövlət Sərhəd Xidmətini məhkəməyə verib.

O, Azərbaycanda «Yeni Fikir» Gənclər Birliyinin üzvü olub. Təşkilatın rəhbəri Ruslan Bəşirli 2005-ci ildə Cinayət Məcəlləsinin 278-ci maddəsi (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) ilə təqsirləndirilərək həbs olunub. O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandırılıb və 7 il həbsə məhkum olunub. Bu işdə adı keçən Səid Nuri şərti azadlıqdan məhrum edilib, az sonra mühacirətə yollanıb. İndi ABŞ vətəndaşıdır.(azadliq.org)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol