Menu

Suriyada avtobus qəzasında azı 6 nəfər ölüb

03.03.2024, 17:28
Suriyada avtobus qəzasında azı 6 nəfər ölüb

Suriyanın qərbində avtobusun iştirakı ilə baş verən qəzada azı 6 nəfər ölüb, 38 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Suriyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Avtobus Homs-Həma yolunda aşıb, nəticədə 6 nəfər ölüb, 38 nəfər yaralanıb”, - məlumatda deyilir.

Qeyd olunub ki, yaralılar yerli tibb məntəqəsinə yerləşdirilib. Səlahiyyətlilər qəzanın səbəblərini araşdırır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol