Menu

Rusiya aviasiyası Ukraynaya FAB-500 hava bombaları atıb

04.03.2024, 09:28
Rusiya aviasiyası Ukraynaya FAB-500 hava bombaları atıb

Su-34 qırıcı-bombardmançılarının ekipajı Krasnolimansk istiqamətində Ukrayna Silahlı Qüvvələrinin texnika və canlı qüvvəsinə FAB-500 hava bombaları ilə hücum edib.

APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Zərbə döyüş təmas xəttindən təhlükəsiz məsafədən dəqiq zərbələr endirməyə imkan verən universal planlaşdırma və korreksiya moduluna malik FAB-500 idarə olunmayan hava bombaları ilə həyata keçirilib”, - deyə məlumatda bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol