Tramp Vaşinqtonda praymerizi uduzdu – ABŞ tarixində ilk yaşandı...

Respublikaçılar Partiyasının ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən praymerizində Nikki Heyli qalib gəlib. Onun komandasının dediyinə görə, bu, ABŞ tarixində respublikaçıların praymerizində qadınların ilk qələbəsidir.

Heyli 62,9%, onun yeganə rəqibi Donald Tramp isə 33,2% səs toplayıb. Heyli bu qələbə ilə ABŞ prezidentliyinə namizəd olmaq üçün lazım olan 1215 nümayəndədən 19-nu əldə qəbul edəcək.

Vaşinqtonun bütün əhalisi ABŞ federal rəsmilərindən ibarət olan vətəndaşlardır. Trampın seçki bazasını isə əsasən əyalətlərdə yaşayan vətəndaşlar təşkil edir. Onun komanda üzvləri liderlərinin prezident olacağı təqdirdə məmurları işdən çıxaracaqlarını vəd edirlər.

Bu, Heylinin praymerizdə ilk qələbəsidir. Onun doğulduğu Cənubi Karolina da daxil olmaqla 8 ştatda Tramp əhəmiyyətli fərqlə qalib gəlib. Respublikaçıların apardıqları rəy sorğularına əsasən, Tramp növbəti namizədlik müsabiqələrinin əksəriyyətində qalib gələcək və bu, ona prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi olmağa imkan verəcək.

Sabah, martın 5-də ABŞ-da super çərşənbə axşamı adlanan gün keçiriləcək: həm Demokratlar, həm də Respublikaçılar partiyalarının praymerizləri 15 ştatda və Amerika Samoasında keçiriləcək. Demokratların Vaşinqtonda keçiriləcək praymeriz iyun ayına təyin edilib.

Rasim

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar