Türkiyədə illik inflyasiya 15 aylıq rekordu yeniləyib

Bu ilin fevral ayında Türkiyədə istehlak qiymətlərinin artımı 2022-ci ilin noyabr ayından bəri ən yüksək həddə çatıb, başqa sözlə, 15 aylıq rekordu yeniləyib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) məlumat yayıb.

Bildirilib ki, ötən ay ölkədə illik müqayisədə 67,1 % təşkil edib. Yanvarda bu göstərici 64,9 % olub.

“Trading Economics” xəbər verir ki, analitiklər orta hesabla 65,7 %-lik artım proqnozlaşdırıblar.

Fevralda Türkiyədə kommunal xidmətlər 49,1% (yanvarda 46 %), nəqliyyat xidmətləri 78 % (yanvarda 77,5 %) bahalaşıb. Bundan başqa, ötən ay ərzaq məhsulları 71,2 % (əvvəlki ay 69,7 %), geyim və ayaqqabıla 43,4 % (əvvəlki ay 40,6%) illik qiymət artımı nümayiş etdirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar