Menu

Fevral ayında KTM-yə zəhərlənmə səbəbilə 106 nəfər müraciət edib - 3 nəfər ölüb

05.03.2024, 12:29
Fevral ayında KTM-yə zəhərlənmə səbəbilə 106 nəfər müraciət edib - 3 nəfər ölüb

Fevral ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 106 nəfər daxil olub.

Mərkəzdən bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 11-i dəm qazından, 52-si dərmandan və 9-u etanoldan zəhərlənən şəxslərdir.

Həmçinin 10 nəfər allergik reaksiyadan, 24 nəfər isə sirkə turşusundan zəhərlənib.

Məlumata görə, həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (kişi cinsli) vəfat edib.

Ölüm halları sirkə turşusu, etanol və dərman zəhərlənmələrindən qeydə alınıb.

Şərhlər

MRP 2024-03-05 14:56:27

Toksikologiya KTM-də yeganə şöbədir ki normal fəaliyyət göstərir.Digər şöbələr əsas da reanimasiya bioloji ölüm
keçirib.Ölmək istəyən müraciət edə bilər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol