Menu

"Rusiya ilə əlaqələri daha da gücləndirmək Bakı üçün mühüm prioritetlərdən biridir" - Əli Əsədov

05.03.2024, 19:34
"Rusiya ilə əlaqələri daha da gücləndirmək Bakı üçün mühüm prioritetlərdən biridir" - Əli Əsədov

Azərbaycan Rusiya ilə əlaqələri daha da gücləndirmək niyyətindədir. Bu, Bakı üçün mühüm prioritetlərdən biridir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Bakıda rusiyalı həmkarı Mixail Mişustinlə görüşdə deyib.

“Dost ölkələrlə, o cümlədən Rusiya ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin mühüm prioritetlərindən biri olaraq qalır. Rusiya ilə mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinin və genişləndirilməsinin tərəfdarıyıq”, - o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol