Menu

“Facebook” və “Instagram”da yaranan problemin əsas səbəbi məlum oldu - YENİLƏNİB

05.03.2024, 22:33
“Facebook” və “Instagram”da yaranan problemin əsas səbəbi məlum oldu - YENİLƏNİB

“Facebook” və “Instagram”dakı problem Qırmızı dənizdə kabellərin zədələnməsi səbəbindən baş verib.

Bu barədə Honq-Konq provayderi “HGC Global Communications Limited” məlumat yayıb.

Bildirilib ki, Qırmızı dənizdə kabellərə hücum Yəmənin husi quruplaşması tərəfindən törədilib.

Qeyd olunub ki, həmin kabellər qlobal trafikin 25 faizini təşkil edir.

Artıq hücumun nəticələri aradan qaldırılır.

Bəzi proqnozlara görə, kabellər yalnız səkkiz həftədən sonra tam bərpa olunacaq.

***

“Facebook”və “İnstagram” sosial şəbəkələrindəki problem qlobal xarakter daşıyır və hələki problemin əsas səbəbi barədə xidmət təchizatçılarından açıqlama verilməyib.

"Report" xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

"Problem lokal xarakter daşımadığından hesablarına daxil olmaqda çətinlik çəkən səhifə sahiblərinin və vətəndaşların narahatlığına heç bir əsas yoxdur", - məlumatda deyilir.

Qeyd edək ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarının elektron hesabları daimi monitorinq və nəzarət altında saxlanılır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Report"un sorğusuna cavab olaraq bildirib ki, "Meta" şirkətinə məxsus "Facebook", "Instagram" kimi beynəlxalq platformalara daxil olmada problem yaşanır:

"Problem lokal deyil, qlobal xarakter daşıyır. Şirkət hələlik problemlə bağlı rəsmi məlumat yaymayıb".

***

Azərbaycanda sosial şəbəkələrin işində nasazlıq müşahidə olunur.

"Report" xəbər verir ki, feysbuk və instaqramda problem yaranıb.

Belə ki, sosial şəbəkə istifadəçilərinin avtomatik hesabdan çıxışı müşahidə olunur, hesaba yenidən giriş isə mümkün deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol