Bu il fevralın 28-də azaraq Ermənistana keçən Azərbaycan Ordusunun əsgəri Ruslan Pənahovun Azərbaycana qaytarılması Ermənistandakı rusiyapərəst revanşist qüvvələrin narazılığına səbəb olub.
“AzPolitika” xəbər verir ki, Ermənistan parlamentinin müxalifətdən olan deputatı Artsvik Minasyan Paşinyan hökumətinin Pənahovu qaytarmasını “ləyaqətsizlik” adlandırıb: “Bu, özü əsarətdə olan hakimiyyətin davranışının təzahürüdür, burada heç bir ləyaqət yoxdur”.
Müxalif “Ermənistan” fraksiyasının deputatı olan Minasyanın fikrincə, hakimiyyət bu cür davranışları ilə erməni millətinin və ölkənin ləyaqətini aşağılayıb: “İndi təbliğ olunan saxta tezis Nikol Paşinyanın mahiyyətindən irəli gəlir”.
Deputat vurğulayıb ki, əsgərimizi Azərbaycanın əlindəki ermənilərlə dəyişmək mümkün idi, lakin Paşinyan hökuməti bunu etməyib, çünki bu hakimiyyətin təbiəti belədir: “Bunlar öz yerlərini saxlamaq üçün əcnəbiyə xidmət edən bir qrupdur. Erməni xalqının tarixində ayrı-ayrı knyazların əllərində olanı qorumaq üçün düşməni razı salmağa, itaət etməyə, düşmənin quluna çevrilməyə çalışdıqları hallar olub, amma belə hökmdarların axırının nə olduğunu görürük”.
“AzPolitika.info”


Şərhlər
Azı üç tərəf ölkələr Kremlin 2020ci ilin Sülh anonsuna razıyıqsa, belə boşuna *atmacalara* çoxdan son qoymalıyıq! Növbəti qəti münasibət isə sərhədlərin azı 33 il müddətinə, Ermənistanla hərbi tərəfdarları ilə soyqırım teroru dağıntılarının zərərlərin təzminatını tam ödəyənəcəklərinə qədər *betonlanması*dır!