Menu

Qurban Qurbanov rəqib komandanın düşərgəsinə gedib - Həmkarına hədiyyə bağışladı

07.03.2024, 11:53
Qurban Qurbanov rəqib komandanın düşərgəsinə gedib - Həmkarına hədiyyə bağışladı

Bu gün Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində “Qarabağ”ın qonağı olacaq “Bayer” dünən gecə saatlarında Bakıya gəlib.

Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Leverkuzen təmsilçisinin düşərgəsinə sürpriz səfər edib.

O, Bundesliqanın liderinin qaldığı hotelə yollanaraq, həmkarı Xabi Alonso ilə görüşüb. Qurbanov ispaniyalı çalışdırıcıya gözəl Azərbaycan xalçası bağışlayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer 04” oyunu saat 21:45-də başlayacaq.

Komandalar arasında cavab matçı martın 14-də Leverkuzendə olacaq. (Sportinfo.az)

Şərhlər

Moshu 2024-03-07 16:24:07

İlk öncə Qarabağımıza qələbə arzulayıram. Təsadüflərə o qədər də inanmıram. Lakin nədənsə ehtimal edirəm ki, rəqib komanda 8-2 hesabı ilə komandamızı məğlub edəcək. Allah möcüzə etsin, proqnozum yanlış olsun. Qurban Qurbanov çox düzgün jest edib, təəssüf ki, onlar belə şeyləri qanmazlar. Eyni zamanda Qurban Qurbanov hədiyyəsini oyunu bitməsindən sonra versə idi daha məqsədə müvafiq olardı

Watchman 2024-03-07 13:19:27

Siyasətdə kürü diplomatiyası, idmanda da xalça diplomatiyası.

Watchman 2024-03-07 13:17:57

Görəsən Xabi Alonso Qurban Qurbanova heç olmasa bir ispan öküzü hədiyyə edibmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol