Menu

Puqaçova “xarici agent” elan oluna bilər - Kremlin təbliğatçısı Duma qarşısında məsələ qaldırdı

07.03.2024, 15:08
Puqaçova “xarici agent” elan oluna bilər - Kremlin təbliğatçısı Duma qarşısında məsələ qaldırdı

Rusiya Dövlət Dumasının deputatı, Rusiya televiziyalarında Kremlin qatı və aqressiv təbliğatçısı kimi çıxış edən Aleksey Juravlyov məşhur müğənni Alla Puqaçovanı “artıq Rusiyadan pul ala bilməməsi” üçün “xarici agent” kimi tanımağa çağırıb.

“AzPolitika” xəbər verir ki, bununla bağlı “RİA Novosti” agentliyi məlumat yayıb.

Puqaçova bir müddət əvvəl sosial şəbəkələrdə Kremlin məddah müğənnilərindən olan Stas Mixaylovun onun ünvanına ölkədən getməsi ilə bağlı səsləndirdiyi tənqidlərə cavab verərək “normal insanlar qayıtmayacaq, qayıtsam, fikrimi sizə deyəcəyəm”, - deyə bildirmişdi. Puqaçova həmçinin, Putinin sevimli müğənnilərindən olan S.Mixaylovu “mudak” adlandırıb.

Deputat Juravlyov tutduğu mövqeyə görə hazırda xaricdə yaşayan Puqaçovanın “xarici agent” elan olunmasını tələb edərək, onu həm də təhqir edib: “Mən bütün utanc hissini itirmiş Puqaçovanın nəhayət “xarici agent” kimi tanınmasını tələb edirəm. Ona görə ki, daha nifrət etdiyi Rusiyadan pul ala, burada konsertlər təşkil edə bilməsin, qonorar almasın. Görəcəksiniz, tezliklə Stas Mixaylovun proqnozlaşdırdığı kimi, tövbə etmək və bağışlanma diləmək üçün sürünərək gələcək. Yalnız o zaman çox gec olacaq".

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol