Menu

Bayden “TikTok”u qadağan edən qanunu imzalamağa hazır olduğunu açıqlayıb

09.03.2024, 09:30
Bayden “TikTok”u qadağan edən qanunu imzalamağa hazır olduğunu açıqlayıb

ABŞ Prezidenti Cozef Bayden Çinin “ByteDance” şirkətinə məxsus “TikTok” sosial şəbəkəsini qadağan edən qanun layihəsinin Konqresdə qəbul ediləcəyi təqdirdə onu imzalayacağına söz verib.

“Report” xəbər verir ki, bu barədə “C-SPAN” kanalı məlumat yayıb.

Jurnalist Amerika liderindən “TikTok”un qadağan edilməsi ilə bağlı sənədi imzalayıb-imzalamayacağını soruşub. Bayden isə öz növbəsində deyib: “Əgər onlar qəbul etsələr, imzalayacağam”.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının qanunvericiləri Çinin “ByteDance” şirkətinə məxsus olan “TikTok” sosial şəbəkəsini qadağan edən qanun layihəsi hazırlayıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol