Menu

“NATO qüvvələrinin Ukraynada olması ağlasığmaz bir şey deyil” - Polşa XİN rəhbəri

09.03.2024, 09:35
“NATO qüvvələrinin Ukraynada olması ağlasığmaz bir şey deyil” - Polşa XİN rəhbəri

Polşanın xarici işlər naziri Radoslav Sikorski Fransa prezidenti Emmanuel Makronun Qərb ölkələrinin qoşunlarının Ukraynaya göndərilməsi təşəbbüsünü bəyəndiyini bildirib.

“Report” xəbər verir ki, bu barədə “Rzeczpospolita” qəzeti Polşa Xarici İşlər Nazirliyinin rəhbərinin Varşava Universitetində Polşanın NATO-ya qoşulmasının 25 illiyi münasibətilə keçirilən konfransdakı çıxışına istinadən məlumat yayıb.

“NATO qüvvələrinin Ukraynada olması ağlasığmaz bir şey deyil”, - deyə diplomat bildirib.

Sikorski Fransa prezidenti Emmanuel Makronun Qərb ölkələrindən ibarət silahlı kontingentin Ukraynaya göndərilməsi təşəbbüsünü yüksək qiymətləndirdiyini, məqsədinin Moskvanı qorxutmaq olması ilə izah edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol