Menu

Məktəbdən qaçırılan uşaqların axtarışı davam edir

09.03.2024, 13:13
Məktəbdən qaçırılan uşaqların axtarışı davam edir

Nigeriyada bir gün əvvəl silahlı şəxslər tərəfindən məktəbdən qaçırılan 286 uşağın axtarışı davam edir.

Məktəb rəsmiləri və valideynlərin bildirdiyinə görə, əvvəlcə 300-dən çox uşaq və yeniyetmə əsir götürülüb, lakin sonradan bir neçəsi azad edilib və bəziləri qaça bilib. Hazırda ən azı 286 uşaq itkin düşmüş hesab olunur. Məktəb direktoru şagirdləri xilas etməyə çalışarkən bir nəfərin güllələndiyini bildirib.

Qaçmağı bacaranlar məktəbə əlliyə yaxın silahlı şəxsin daxil olduğunu deyirlər. Polis hazırda silahlı dəstələrin gizləndiyi yerli meşələri axtarır.

Nigeriya prezidenti Bola Tinubu təhlükəsizlik və kəşfiyyat orqanlarına uşaqları xilas etmək və günahkarlar üçün ədaləti təmin etməyi tapşırıb.

Nigeriyanın şimal-qərbində, hadisənin baş verdiyi Kuriga kəndinin sakinləri məktəbin ətrafında hasarların olmadığını, polisin hadisə yerinə bir neçə saatdan sonra gəldiyini deyirlər.

Nigeriyada uşaq və qadınların qaçırılması mütəmadi olaraq baş verir. Radikal Boko Haram qruplaşması 2014-cü ildə Çibokdakı yataqxanadan 270-dən çox məktəbli qızı qaçırmışdı, onlardan 98-i hələ də tapılmayıb.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol