Menu

Bayden mikrafonunun açıq olduğunu unutdu – “Bibi bir daha belə etmə...” (VİDEO)

09.03.2024, 13:26
Bayden mikrafonunun açıq olduğunu unutdu – “Bibi bir daha belə etmə...” (VİDEO)

ABŞ Prezidenti Co Bayden növbəti hərəkəti ilə gündəmə gəlib.

“AzPolitika” xəbər verir ki, 80 yaşlı ölkə başçısı bu dəfə mikrofonunun açıq olduğunu unudub və dediyi sözlər ətrafdakılar tərəfindən eşidilib. Hadisə Vaşinqtonda Nümayəndələr Palatasının iclasından sonra Kolorado senatoru Maykl Bennetlə ayaqüstü görüş əsnasında baş verib.

Belə ki, mikrafonunun açıq olduğunu unudan Bayden İsrail Baş naziri Benyamin Netanyahuyla bağlı bir sıra açıqlamalar verib.

“Ona dedim ki, Bibi (Netanyahunun ləqəbi-red.) bir daha belə etmə, amma sənlə mənim böyük bir görüşümüz olacaq”,-deyə Bayden qeyd edib.

Daha sonra Baydenin mühafizəçilərindən biri ona yaxınlaşıb və mikrafonunun açıq olduğuyla bağlı xəbərdarlıq edib. Bayden bu xəbərdarlığa “Burada açıq mikrofon var”- deyə reaksiya verib.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol