Menu

ABŞ-da Ukrayna yardımla bağlı yeni layihə hazırlanır

09.03.2024, 13:45
ABŞ-da Ukrayna yardımla bağlı yeni layihə hazırlanır

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson və bir sıra komitələrin nümayəndələri Ukraynaya yardım üçün yeni qanun layihəsini hazırlayırlar.

“AzPolitika” xəbr verir ki, bu barədə “NBC News” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Qanun layihəsinin müəllifləri ümid edirlər ki, bu təklif Ukraynanın maliyyələşdirilməsinə qarşı çıxan mühafizəkarları da razı sala bilər. NBC-nin mənbələri planın ilkin mərhələdə olduğunu və tam icradan uzaq olduğunu bildiriblər.

Qeyri-hərbi yardımın bir hissəsinin kredit kimi nəzərdən keçirilməsi təklif olunur. Sanksiyalar nəticəsində dondurulmuş Rusiya aktivləri Ukraynaya kredit verilərkən girov kimi istifadə edilə bilər.

NBC-nin məlumatına görə, bu təklif ABŞ Nümayəndələr Palatasında Ukraynaya çoxmilyardlıq yardımın ayrılmasını tənqid edən mühafizəkarların narahatlığını azaltmağa yönəlib.

Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Michael McCaul bildirib ki, bu təklif Ukraynanın yenidən qurulmasına görə məsuliyyəti qismən də olsa Rusiyanın üzərinə qoyacaq.

ABŞ Konqresində 2023-cü ilin oktyabrından Ukraynaya vəsait ayrılması ilə bağlı qanun layihəsi müzakirə edilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol