Macarıstan Baş naziri Viktor Orban ABŞ-nin Florida ştatında Respublikaçılar Partiyasından gələcək prezidentliyə namizəd Donald Trampla görüşüb.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bununla bağlı Trampın seçki qərargahının bəyanatında deyili: “Onlar Macarıstan və ABŞ-yə təsir edən geniş spektrli məsələləri, xüsusən də hər bir ölkənin suverenliyini qorumaq üçün güclü və təhlükəsiz sərhədlərin vacibliyini müzakirə ediblər”.
Orban isə öz “X” səhifəsində yazıb ki, yalnız Trampın Ağ Evə qayıtması sülh gətirə bilər: “Bizim dünyada hörmət edilən və sülh gətirə bilən liderlərə ehtiyacımız var. O, onlardan biridir! Qayıdın və bizə sülh gətirin, cənab Prezident!".
Eyni zamanda, Macarıstan Baş naziri Trampın 2017-2021-ci illərdəki prezidentliyi dövründə Yaxın Şərqdə, eləcə də Ukraynada sülh olduğunu deyib. Daha əvvəl Macarıstanın Xarici İşlər naziri Peter Siyarto bildirmişdi ki, Orban Trampla Rusiyanın Ukraynaya qarşı müharibəsini necə bitirəcəyini müzakirə etmək istəyir.
“AzPolitika.info”


Şərhlər
Türk kökənli bir məşhur, Dünyanın öndəri ola biləcək bir şəxslə görüşüb. Bu normal, yəni təbiidir. Dünyəvi dəyərlərinə görə dünya nizamına hakim olacaq şəxs türk olmalıdır. Bu mənim şəxsi fikrim deyil, zamanın tələbinə cavab verir. Buna hər hansı, məsələn afrikalı bir şəxs halal olsaydı mən binnət edərdim. Mənim üçün əsas milli kimlik deyil, halal və ədalətli insandır. Amma türklər öz tarixi, mədəniyyəti və s. əsasəndə demokratik, müstəqil düşüncə tərzi, mədəniyyətilə dünya ictimaiyyətinə nümunə göstərməkdədir. Mən Azərbaycan türkəm. Qoy hamı bilsin. Burda yeniyəm. Satıqnlara, xəyanət edənlərə, bir sözlə İslami dəyərlərə qarşı çıxanlara aramızda yox, yox və yox yeri
Şərhləri izləyirik. Çaşmayın, düzgün yol seçin, kəsəsi düzgün olun. Hər şeydə, vəzifədə, ailədə və sözdə.