ABŞ Prezidenti Co Bayden Respublikaçıların gələcək namizədi Donald Trampla debatda iştirak edəcəyinə dair söz verməkdən imtina edib. O, bunun Trampın hərəkətlərindən asılı olacağını deyib.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Bayden Trampla debatları mümkün hesab etsə də, bunu gələcək rəqibin davranışlarına bağlayıb: "Bu, onun davranışından asılıdır”.
Eyni zamanda, amerikalı milyarder, Twitter (X) sosial şəbəkəsinin sahibi İlon Mask ABŞ prezident seçkilərində heç bir namizədə seçki kampaniyası üçün pul verməyəcəyini bildirib. Bu açıqlama bir sıra məhkəmə prosesləri səbəbindən ciddi maliyyə sıxıntısı yaşayan və əlavə vəsait axtarmaq üçün keçən həftənin sonunda Mask və bir neçə varlı Respublikaçı donorla görüşən Trampa ciddi zərbədir.
“AzPolitika”


Şərhlər