Menu

Elmin İnkişafı Fondu 46 layihəyə 4 milyon 500 min manat ayırdı

02.12.2014, 17:56

1pul11Prezident yanında Elmin İnkişafı Fondu elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi üçün 2013-cü ildə elan edilmiş əsas qrant müsabiqəsinin nəticələrini elan edib.

“Media forum” saytına verilən məlumata görə, 2 pilot, 42 fundamental-tətbiqi xarakterli və 2 xüsusi layihə olmaqla cəmi 46 qalib layihə müəyyənləşdirilib. Müsabiqə üzrə ümumi maliyyələşdirilmənin həcmi 4 milyon 500 min manat (fundamental-tətbiqi xarakterli layihələr - 2 milyon 535 min manat, xüsusi layihələr - 115 min manat, pilot layihələr - 1 milyon 850 min manat) olub.

Qalib layihələr AMEA təşkilatlarında (30), ali təhsil müəssisələrində və digər qurumlarda (16) yerinə yetiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol