Rusiya ABŞ və Qərb ölkələrinin Ukraynaya verə biləcəyindən təxminən üç dəfə çox artilleriya mərmisi istehsal edir.
“AzPolitika” xəbər verir ki, bu barədə CNN telekanalı Şimali Atlantika Alyansının (NATO) apardığı qiymətləndirmələrə istinadən məlumat yayıb.
Kanalın mənbələrinə görə, Moskva ayda 250 min artilleriya mərmisi istehsal edir. Qərb ölkələri isə ən yaxşı halda Ukrayna üçün 100 min top mərmisi hazırlaya bilər.
NATO rəsmisi kanala bildirib ki, Rusiyadakı artilleriya zavodları üç növbədə gecə-gündüz işləyir. Bundan əlavə, Moskva mərmiləri başqa ölkələrdən, əsasən də Şimali Koreya və İrandan alır.
“Rusiya əllərində olan hər şeyi oyuna qatıb”, - deyən bir kəşfiyyat rəsmisi kanala deyib: “Onların döyüş maşını tam sürətlə işləyir”.
Hərbi mənbələrə ğörə, Ukrayna ordusu hazırda mərmi çatışmazlığı ilə üzləşib. Bildirilir ki, döyüşlərdə Rusiya gündə 10 minə yaxın, Ukrayna isə 2 minə yaxın mərmi istifadə edir. Qərb ölkələri xarici bazarlardan lazımi qədər mərmi almaq və istehsalı artırmaq üçün imkanlar axtarır.
Martın əvvəlində Almaniyanın “Der Spiegel” jurnalı yazmışdı ki, Qərb ölkələrində daha çox mərmi istehsal etmək üçün kifayət qədər barıt olmaya bilər.
Rasim
“AzPolitika.info”


Şərhlər