Menu

“Cəbhədəki vəziyyət son üç aydan qat-qat yaxşıdır” - Zelenski

12.03.2024, 12:16
“Cəbhədəki vəziyyət son üç aydan qat-qat yaxşıdır” - Zelenski

Ukrayna ordusu Avdeyevkadan çıxandan sonra cəbhədəki vəziyyəti nisbətən stabilləşdirə bilib.

“AzPolitika” xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Fransanın “BFM” televiziyasına müsahibəsində Ukrayna hərbçilərinin Rusiya ordusunun ölkənin şərqindəki hücumunu dayandıra bildiyini qeyd edib: “Cəbhədəki vəziyyət son üç aydan qat-qat daha yaxşıdır”.

Bununla yanaşı o, əlavə edib ki, Ukrayna hərbçiləri “artilleriya mərmilərinin çatışmazlığı, Rusiyanın aviasiyadakı üstünlüyü, uzaqmənzilli silahları və PUA-larının yüksək sıxlığı səbəbindən” çətinliklər yaşayır.

Zelenskinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri kifayət qədər dəstək almasa, vəziyyət “bir aya və ya bir həftəyə” dəyişə bilər.

Qərb mətbuatının yazdığına görə isə ABŞ Konqresinin Kiyevə yeni hərbi yardım paketini tez bir zamanda təsdiq etmək istəməməsi və Avropa İttifaqı ölkələrinin hərbi sursat tədarükü ilə bağlı vədlərini yerinə yetirə bilməməsi fonunda Ukrayna kəskin sursat çatışmazlığı yaşayır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol