Menu

İrəvanda ictimai nəqliyyatda gediş haqqı artırılır – Etiraz edənlər şəhər meriyasına buraxılmır

12.03.2024, 12:31
İrəvanda  ictimai nəqliyyatda gediş haqqı artırılır – Etiraz edənlər şəhər meriyasına buraxılmır

“Hakimiyyət avtoritarlaşdı, inqilabdan sonra hakimiyyəti xalqa qaytarmaq əvəzinə əvvəlki iqtidarın təsir rıçaqlarını əlindən aldılar. Bu gün Ermənistanda korrupsiya çiçəklənir, bu faktları ancaq yeni qüvvələr aşkara çıxara biləcək”.

“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, bunu martın 12-də İrəvanın Ağsaqqallar Şurasından xaric edilmiş keçmiş meri Hayk Marutyan meriya qarşısında keçirilən etiraz aksiyası zamanı jurnalistlərə deyib. 

Qeyd edək ki, polis onun Ağsaqqallar Şurasının iclasında çıxışının qarşısını almaq üçün şəhər meriyasının binasına buraxmayıb.

Marutyan deyib ki, onlar ictimai nəqliyyatda gediş haqqının artırılmasının əleyhinədirlər. Bildirib ki, “Milli Tərəqqi” fraksiyası toplantını boykot edir və Ağsaqqallar Şurasının qərar verə bilməməsi üçün digər müxalifət qruplarını da eyni addımı atmağa çağırır.

Qeyd edək ki, bu gün İrəvan Ağsaqqallar Şurasının iclasında ictimai nəqliyyatda gediş haqqının artırılması layihəsi müzakirə edilir. Vahid bilet sisteminin yenidən işlənmiş layihəsində yeni tariflər nəzərdə tutulur.

Endirimlər tələbələrə və xüsusi əhali qruplarına şamil olunacaq. Qərar sentyabrın 1-dən qüvvəyə minəcək.

Yerli media yazır ki, indiki bahalaşmanın təşəbbüskarlarının çoxu müxalifətdə olarkən qiymət artımına qarşı çıxıblar. Hazırda bahalaşmaya etiraz olaraq şəhər meriyasının qarşısında aksiya keçirilir.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol